Sabah İmişli rayonunda 150 abonentin qaz təchizatı dayandırılacaq.

"Unikal" xəbər verir ki,  M.Müşfiq küçəsində siyirtmələrin quraşdırılması məqsədilə əlaqədar olaraq, sabah saat 09:30-dan etibarən işlər başa çatanadək İmişli rayonu M.Müşfiq küçəsində (150 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.