"Qərb bütün qeyri-populyar qərarları Ukrayna prezidenti Volodimir Zelenskinin üzərinə “saxlayacaq” və sonra onun yerinə bir əvəz tapacaq".
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Hanoyda jurnalistlərə deyib.
Putinin fikrincə, bu, gələn ilin birinci yarısında baş verə bilər.
“Qərbdə onu hələ ki dəyişmək istəmirlər. Ancaq hərbi xidmətə çağırış yaşının aşağı salınması da daxil olmaqla, düşünürəm ki, bütün qeyri-populyar qərarları onun üzərinə atacaqlar və əvəz edəcəklər. Məncə,bu, gələn ilin birinci yarısında baş verəcək”, - deyə Putin qeyd edib.