Maldiv adaları polisi ətraf mühit naziri Fatimat Şamnaz Əli Səlimi həbs edib.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, ölkə mediası onun prezidentə qarşı "qara magiya" işlətməkdə günahlandırıldığını yazıb. 

Onun barəsində 7 günlük həbs qətimkan tədbiri seçilib. 

Qeyd edək ki, Maldiv adalarının cinayət məcəlləsinə görə cadugərliyə görə 6 ay həbs cəzası nəzərdə tutur.