Abşeron rayonu "Şəfəq" qəsəbəsində baş verən yanğınla bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 6 nəfər (kişi cinsli) yerləşdirilib.

Bu barədə "Unikal"a Sumqayıt Tibb Mərkəzindən bildirilib.

Onlara digər qazların toksiki təsiri diaqnozu təyin edilib. Vəziyyəti qənaətbəxş hesab olunan 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 3 nəfərin müalicəsi davam etdirilir.

Vəziyyətləri stabildir.