Fələstin lideri Mahmud Abbasın Rusiyaya səfəri hazırlanır.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Səfərin tarixləri daha sonra açıqlanacaq: "Həqiqətən, həmin səfər hazırlanır və biz bu səfərin tarixlərini vaxtında açıqlayacağıq". 

Qeyd olunur ki, Mahmud Abbas səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə görüşmək niyyətindədir. İki ölkə prezidentlərinin sonuncu şəxsi görüşü 2018-ci ilin fevralında baş tutub.

Ağarza Elçinoğlu