Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən restoranda baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

***

14:45

Bakıda kafedə yanğın başlayıb.

FHN-dən "Unikal"a verilən məlumata görə, nazirliyin 112 qaynar telefon xəttinə Bakının Nərimanov rayonu, Atatürk prospektində yerləşən kafedə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in DYNX qüvvələri əraziyə cəlb olunub.

***

14:45

Atatürk parkında fəaliyyət göstərən restoranlardan birində yanğın başlayıb. 

“Unikal” xəbər verir ki, obyektdəki yanğının söndürülməsi məqsədilə əraziyə yanğınsöndürmə briqadaları cəlb edilib.