ABŞ vətəndaşlarının əksəriyyəti hesab edir ki, prezident Co Baydenin psixi durumu onun ikinci müddətə seçilməsinə imkan vermir.
"Unikal" xəbər verir ki, bu barədə CBS telekanalının keçirdiyi sorğunun nəticələri bildirir.
Araşdırmaya görə, respondentlərin 72%-i Baydenin istefasının tərəfdarı olub. Üstəlik, onların bir çoxu siyasətçinin zehni qabiliyyətlərinin zəifləməsinin ona prezident funksiyalarını yerinə yetirməyə sadəcə imkan verməyəcəyini vurğulayb.
Eyni zamanda, bu fikri dəstəkləyənlərin 86%-i əmindir ki, buada əsas səəb Baydenin yaşı faktorudur. Hazırda Baydenin 81 yaşı var. Respondentlərin 71%-i onun ikinci prezidentlik müddətində verə biləcəyi qərarlardan daha çox narahat olub. 66% onun siyasətindən tamamilə narazıdır.
Respondentlərin yalnız 27%-i əmindir ki, Bayden mükəmməl qaydadadır və hələ də ABŞ-ı idarə edə bilər.