Moskvanın mərkəzində İtaliya vətəndaşının oğurlanması anı videoya düşüb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsi məlumat yayıb.
Bildirilir ki, 21 yaşdan 36 yaşa qədər olan dörd adam oğurluğunda ittiham olunub. İstintaqın məlumatına görə, İtaliya vətəndaşı Moskvanın mərkəzində, Sadovaya-Triumfalnaya küçəsində yerləşən evin həyətində hücuma məruz qalıb. Təcavüzkarlar kişini tapança ilə hədələyib, başına torba keçirib, əlini qandallayıblar və məcburi şəkildə onu maşına mindiriblər. Oğurlanmış adam Bryanska aparılıb və orada saxlanılıb.
Yayımlanan videoda bir neçə nəfərin kişiyə necə hücum etdiyi görünür. Müstəntiqlər müəyyən ediblər ki, oğurlanan şəxs İtaliya tanınmış biznesmendir.