"Macarıstanın baş naziri Viktor Orban müstəqil siyasət yürüdən Aİ üzvü olan dövlətin praktiki olaraq yeganə lideridir2.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu fransalı politoloq, Rusiya-Fransa Münasibətləri Tarixi İnstitutunun direktoru Emmanuel Leroy deyib.
"Bu Avropa İttifaqında cənab Orban müstəqil siyasət yeritməkdə praktiki olaraq təkdir, Avropa İttifaqı 1960-cı illərdə London və Vaşinqtonun maraqlarına tam tabe olmaq ruhunda qurulmuş Anglo-Sakson hərbi maşınıdır",- deyə leroy ifadə edib.
O, əlavə etib ki, Orban “gözlərini açıb” və Avropa Birliyinin azadlıq və demokratiya anlayışları ilə faktiki olaraq heç bir əlaqəsi olmadığını başa düşüb.