Böyük Britaniyanın Baş naziri Rişi Sunak istefa verib.

"Unikal" xəbər verir ki, o, bununla bağlı müraciətini Kral III Çarlza təqdim edib.

Bildirək ki, 44 yaşlı Sunak son 200 ildə Böyük Britaniyanın ən gənc hökumət başçısı olub.

***08:35

Böyük Britaniyanın baş naziri, Mühafizəkarlar Partiyasının rəhbəri Rişi Sunak ölkədə keçirilən parlament seçkilərinin Leyboristlər Partiyasının nümayəndələrinin qalib gəldiyi nəticədən sonra postunu tərk edəcəyini bildirib.

"Unikal" xəbər verir ki, baş nazirin sözlərini "Sky News" nəşri sitat gətirib. 

"Mən indi Londona gedəcəyəm, orada bütün gücümü verdiyim baş nazir postundan getməzdən əvvəl bugünkü nəticə haqqında daha ətraflı danışacağam", - deyə ifadə edib. 

Həmçinin, Sunak Leyboristlər Partiyasının lideri Keir Starmeri parlament seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib.

Gülayə Mecid