Hindistanın baş naziri Narendra Modi Avstriyanın paytaxtı Vyanaya gedib.
"Unikal" xəbər verir ki, Modi bu barədə "X" sosial şəbəkəsində yazıb.
"Vyanaya eniş etdim", - deyə o qeyd edib.
Siyasətçi bu səfəri xüsusi adlandırıb. Modi buna səbəb kimi Hindistan və Avstriyanı ümumi dəyərlərin və “planeti yaxşılaşdırmaq istəyi”nin birləşdirməsini göstərib.
Modi əlavə edib ki, o, kansler Karl Nehammer ilə danışıqları və Hindistan ictimaiyyəti ilə qarşılıqlı əlaqəni səbirsizliklə gözləyir.
Qeyd edək ki, Modi bundan əvvəl Rusiyada səfərdə olub.