İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib, sürücü xəsarət alıb.

"Unikal" xəbər verir ki, hadisə İmişli şəhəri, Heydər Əliyev prospektində qeydə alınıb. İmişli sakini, 1995-ci il təvəllüdlü Səfərli Fəxri Qalib oğlunun idarə etdiyi “VAZ 2107” markalı minik maşını idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb.

Hadisə zamanı xəsarət alan sürücü İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.