"Əgər lazımi anda başımı çevirməsəydim, indi ölmüşdüm".

"Unikal" xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti və prezidentliyə namizəd Donald Tramp “New York Post” qəzetinə deyib.

"Mən sadəcə dönmədim, həm də doğru zamanda və lazımi miqdarda çevrildim. Əgər mən yalnız yarım dönüş etsəydim, güllə kəllə sümüyümdən keçərdi", - Tramp deyib.

Tramp hadisədən sonra danışmağa davam etmək istədiyini, lakin mühafizəçilər və ABŞ təhlükəsizlik işçiləri onun səhnədə qalmasına icazə verməyib, onu xəstəxanaya aparmaq lazım olduğuna inandırıblar: "Müalicə edən həkim peşəkar həyatında belə bir möcüzə görmədiyini söylədi". 

Xatırladaq ki, dünən Pensilvaniyada seçicilərlə görüş zamanı Trampa sui-qəsd olub və o, qulaq nahiyəsindən yaralanıb.

Ağarza Elçinoğlu