Şəkidə yaşayış evi yanıb.

"Unikal" xəbər verir ki, yanğın Şəki şəhəri Sarabski küçəsində baş verib. Yanğın yerinə Şəki YMH-nin yanğınsöndürən texnikaları cəlb olunub. Yanğın zamanı 1988-ci il təvəllüdlü  Nağıyev Kənan Rövşən oğluna məxsus ümumi sahəsi 187 k/m olan fərdi yaşayış evinin çardaq hissəsi  tamamilə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Seymur Əli