Bakıda intihar baş verib.

"Unikal" lent.az-a isitnadən xəbər verir ki, hadisə Nizami rayonunun Keşlə qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 52 yaşlı Mübariz Fərhadov idarə etdiyi avtomobildə sirkə turşusu içib.

Dərhal xəstəxanaya aparılan M.Fərhadovu xilas etmək mümkün olmayıb.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırılma aparılır.