Ermənistanda Rusiya vətəndaşı Sergey Ferov oğurlanıb və onun qohumlarından 650 min dollar tələb edilib.

"Unikal" xəbər verir ki, hadisə iyulun 22-də baş verib.

İlkin məlumatlara görə, oğurluqda 22 yaşlı Gürcüstan vətəndaşı Nikoloz Ataşov və Geqarkunik sakini 39 yaşlı Gevorq S. iştirak ediblər. Onlar Ferovu “Lexus” markalı avtomobilə mindirərək Tsaxkadzordakı otellərdən birinə aparıblar. orada qohumları ilə əlaqə saxlayıb zorakılıq hədəsi altında pul tələb ediblər.

Polisin hadisəni törədənləri saxladığı bildirilir.