Şimali Koreyadan göndərilən zibil balonu Cənubi Koreyada prezident ofisinin binasına düşüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Koreya Prezident Aparatının Təhlükəsizlik İdarəsindən verilən açıqlamada Şimali Koreyadan göndərilən zibil balonlarının eyni vaxtda izləndiyi və şarlardan birinin prezident aparatının kampusuna düşdüyü bildirilib.
Açıqlamada içərisində nə olduğu bilinmədiyi üçün havada olan balonlara müdaxilənin çətin olduğu, komandaların şarın heç bir təhlükə yaratmadığını müəyyən etdiyi qeyd olunub.
***08:54
Şimali Koreya yenidən zibilin olduğu güman edilən şarları havaya qaldırıb.
"Unikal" xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri məlumat yayıb.
“Şimali Koreya növbəti dəfə Cənubi Koreyaya zibil daşıyan hava şarları göndərib”, - məlumatda deyilir.
Bildirilir ki, hava şarları Gyeonggi vilayətinin şimal hissəsinə göndərilib. Koreya Respublikasının Birləşmiş Qərargah Rəisləri vətəndaşları yerə düşən hava şarlarına toxunmamağa və polisə məlumat verməyə çağırıb.
Mayın 28-dən bəri Şimali Koreya ordusu KXDR-ə anti-Pxenyan vərəqələri göndərən Şimali Koreyadan qaçan fəallara cavab olaraq 2000-dən çox zibil balonunu havaya buraxıb.
Gülayə Mecid