Ödənişli yolda avtomobil qəzası nəticəsində xəsarət alan səkkiz şəxsin kimliyi məlum olub.
"Unikal"ın Şimal bürosunun məlumatına görə, Bakı-Quba-Rusiya ödənişli avtomobil yolunun Xaçmaz rayonundan keçən hissəsində, "Chery", "Kia" və "Chevralet" markalı minik avtomobillərinin iştirakı ilə baş vermiş qəza nəticəsində Sumqayıt şəhər sakinləri- 2010-cu il təvəllüdlü Sərdarlı Aylin, 2006-cı il təvəllüdlü Ə iyeva Məryəm, 2010-cu il təvəllüdlü Ömər Əli və Bakı şəhər sakinləri 1993-cü il təvəllüdlü Rəfiyeva Gülgün, 2015-ci il təvəllüdlü Rəfizadə Fatimə, 1952-ci il təvəllüdlü Hüseynova Güldəstə, 1990-cı il təvəllüdlü Hüseynova Güldəstə və 1979-cu il təvəllüdlü Huseynova Ədibə müxtəlif dərəcəli xəsarət alıblar.
Yaralılara tibbi yardım olunduqdan sonra yaşayış ünvanları üzrə həkim nəzarətinə göndəriliblər.
Onların Şimal bölgəsinə istirahətə getdikləri bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, zəruri istintaq tədbirləri görülür.
Xanlar Qaraca
*** 12:34
Bakı-Quba-Rusiya ödənişli avtomagistralının 153-cü km-də, Xaçmazın Hülövlü kəndindən keçən hissəsində ağır xəsarətlə nəticələnən üç nəqliyyat vastəsi qəzaya uğrayıb.
"Unikal"ın Şimal bürosunun məlumatına görə, "CHERY" markalı minik avtomobili ödənişli yolda idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Ardınca eyni ərazidə yolun kənarında dayanmaq istəyən "KİA" markalı minik avtomobilinə arxadan gələn " Chevralet" markalı minik avtomobili çırpılıb.
Belə ki, qəza nəticəsində ümumilikdə səkkiz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar təcili tibbi yardım briqadalarının köməkliyi ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.
Xanlar Qaraca