Ermənistanın Alaverdi genişləndirilmiş icmasının rəhbəri Davit Qumaşyan müflis elan edilib.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Rusiya vətəndaşı olan erməni iflas üçün əsas olan bir sıra vergi öhdəliklərini yerinə yetirməyib.
Məhkəmənin qərarına əsasən, Davit Qumaşyanın bağçılıq üçün nəzərdə tutulmuş iki torpaq sahəsi olub. İki torpaq sahəsi ilə yanaşı, digər daşınmaz əmlak Başqırdıstanın paytaxtı Ufada yerləşir. Qeyri-yaşayış sahələrindən biri və geniş torpaq sahəsi ipoteka ilə alınıb.
Davit Qumaşyanın Rusiya Federasiyasında 9 əmlakı olub: iki avtomobil və yeddi daşınmaz əmlak. Onlar 2007-2012-ci illərdə alınıb. Daşınmaz əmlaklardan dördü müsadirə edilib.
Ağarza Elçinoğlu