Ermənistanın sərhəd kəndlərinin mənzillə təmin olunmasına dövlət dəstəyi proqramı müvəqqəti olaraq dayandırılıb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Nazirlik bunu müraciət edənlərin sayının çox olması ilə əlaqələndirib: "Hazırda nazirliyin Vahid Sosial Xidməti tərəfindən 1797 müraciət təsdiqlənib".
Ağarza Elçinoğlu