Övladına xəsarət yetirən ata ilə bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırmalara başlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a bildirilib ki, araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
*** 22:54
Mingəçevirdə yeniyetmə övladına hirslənən ata əlinə keçən məişət əşyalarını onun başında qırıb.
"Unikal"ın məlumatına görə, hadisə Vidadi küçəsi 3 ünvanında baş verib. 2010-cu il təvəllüdlü şəhər sakini Bəşirov Teymur Yavər oğlu döyülərək çoxsaylı xəsarətlər alıb.
Yaralı yeniyetmə xəstəxanaya çatdırılıb. Əldə edilən məlumata görə, yeniyetmə atası tərəfindən döyülüb, hətta ata bəzi əşyaları onun başında sındırıb.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov