İyulun 28-i saat 11:30-a olan məlumata əsasən bölgələrdə qeyri-sabit hava şəraiti davam edir, bəzi yerlərdə leysan xarakterli güclü yağış yağır.
Bu barədə “Unikal"a ETSN yanında Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd olunub ki, yağan leysan xarakterli yağışlar nəticəsində isə Qəbələ rayonu ərazisindən axan Dəmiraparançaydan, Şəki rayonu ərazisindən axan Kişçaydan, Zaqatala rayonu ərazisindən axan Talaçaydan, Qax rayonu ərazisindən axan Kürmükçaydan, Quba rayonu ərazisindən axan Xınalıqçaydan, Samux rayonu ərazisindən axan Qabırrıçaydan, Daşkəsən rayonu ərazisindən axan Dəstəfurçaydan, Gəncəçaydan, Astara rayonu ərazisindən axan Təngərüdçaydan, Tovuz rayonu ərazisindən axan Zəyəmçaydan sel keçib.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 27, Aran rayonlarında 28, dağlıq rayonlarda isə 16 dərəcəyədək isti qeydə alınıb.