Oğuzda yoldan çıxan avtomobil ağaca deyərək hissələrə bölünüb

"Unikal" xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində baş verib.

Padar kənd sakini 1990-cı il təvəllüdlü Nicat Əlövsət oğlu Məmmədəliyevin idarə etdiyi "DAEWOO" markalı minik avtomobili ilə hərəkətdə olarkən  avtomobil yoldan çıxaraq ağaca dəyib. Hadisə nəticəsində zərbənin gücündən avtomobil hissələrə bölünüb. Qəza zamanı 34 yaşlı N. Məmmədəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli