İranda hüquq-mühafizə orqanları partlayıcı maddələr daşıyan 4 terrorçunu saxlayıb.
"Unikal" xəbər verir ki, bu barədə İRİB telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, bu, ölkənin cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində yerləşən Qəderabad kəndində baş verib. Saxlanılan yaraqlılar əsasən İranın cənub-şərqində Əfqanıstan və Pakistanla sərhəddə fəaliyyət göstərən “Ceyş əl-Zolm” terror qruplaşmasının üzvləridir.