Kolumbiya Universitetinin (ABŞ) alimləri müəyyən ediblər ki, yaxınlarının itkisi DNT metilasiyası mexanizminə əsaslanan epigenetik saatı sürətləndirir və bununla da bioloji qocalmaya səbəb olur.
"Unikal" xəbər verir ki, bu barədə araşdırma nəticələri "JAMA Network Open" jurnalında dərc olunub.
Aparılan tədqiqatlarda 1994-1995-ci illərdə sorğu vasitəsilə dəvət olunmuş 12 300 nəfər iştirak edib. İlk mərhələdə, iştirakçıların əksəriyyəti məktəbdə olarkən psixoloji vəziyyətləri təhlil edilmiş, daha sonra onlardan sevdiklərinin ölümünü yaşayıb-yaşamadıqlarını öyrənmişlər.
Bildirilir ki, tədqiqat başlayandan 2016-2018-ci ilə qədər sorğu daha dörd dəfə təkrarlanıb. Bu müddət ərzində təxminən dörd min insan ailə üzvlərini, həyat yoldaşlarını və ya dostlarını itirib.
Nəticələr göstərib ki, 33-44 yaş arası könüllülər arasında itkilər epigenetik saatla ölçülən daha böyük bioloji yaş, eləcə də sürətlənmiş qocalmanı sürətləndirib. Üstəlik, bir insanın nə qədər çox itkisi varsa, qocalma faizinin də bir o qədər çox olduğu müəyyən edilmişdir.
Zərifə Nağıyeva