İsrail-HƏMAS müharibəsinin davam etdiyi Qəzzada hepatit xəstəliyi kəskin şəkildə yayılıb.
"Unikal" xəbər verir ki, bu barədə BMT-nin Fələstinli Qaçqınlar üzrə Agentliyi (UNRWA) məlumat yayıb.
Məlumata görə, müharibənin başlanmasından bu günədək Qəzzada 40.000-ə yaxın insan hepatit xəstəliyinə yoluxub.
Antisanitar şəraitdə Hepatit A da daxil olmaqla digər xəstəliklərin yayılmasının asanlaşdığı bildirilib.
Fidan Nuriyeva