Türkiyənin Daxili işlər Naziri Ali Yerlikaya İstanbulda iş yerlərini atəşə tutan mütəşəkkil cinayətkar qrup üzvlərindən şübhəli şəxslərin saxlanıldığını bildirib.
“Unikal” Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbulun 9 rayonunda keçirilən “KUYU-14” əməliyyatlarında rəhbərlərinin xaricdən yönləndirdiyi mütəşəkkil cinayətkar dəstənin üzvləri olan 1️5️ şübhəli şəxs saxlanılıb. Saxlanılan şübhəlilərin 14-ü həbs olunub, 1 nəfər ilə bağlı əməliyyatlar davam edir.
Bu şəxslər İstanbulda 10-dan çox iş yerini atəşə tutmaqda ittiham olunurlar.
Fidan Nuriyeva