Fələstinin İslami Cihad qruplaşmasının lideri Ziyad ən-Nəhələ Tehranda HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürüldüyü evdə yaşayır.
"Unikal" xəbər verir ki, bu məlumatı Fələstinin Maan agentliyi yayıb.
Məlumata görə, İslami Cihad ən-Nahalın baş katibi İsmayıl Haniyənin öldürüldüyü binanın ikinci mərtəbəsində yaşayır.
Agentlik İslami Cihad liderinin binaya hücum zamanı mənzilində olub-olmadığını dəqiqləşdirməyib.
Ağarza Elçinoğlu