Miqren baş ağrısından daha çox, həyata mənfi təsir edən ciddi sağlamlıq problemidir. Bir çox insan müəyyən qidaların miqreni gücləndirə bildiyini bilmir. Bəs, hansı qidalar buna səbəb ola bilər?
"Unikal" miqrenə səbəb olan qidaları təqdim edir:
1. Köhnə pendir
Aparılan araşdırmalar nəticəsində köhnə pendirin miqrenə səbəb olan qidalardan biri olduğu məlum olub. Köhnə pendirlər tiramin adlı birləşməni ehtiva edən qida hesab olunur. Miqren xəstələri köhnə pendirlərdən uzaq durmalıdırlar, çünki bu birləşmə bədəndəki nörotransmitterlərlə əlaqədə olaraq miqrenə səbəb olur.
2.MSG
MSG kimi tanınan monosodium glutamat bir çox qida və qida əlavələrində mövcud olan natrium duzudur. Təbii olaraq pomidorda olan bu birləşmə ketçup və manqal sousunda dad artırıcı kimi də istifadə olunur.
3. Emal edilmiş ətlər
Kolbasa və hinduşka sendviçləri kimi qidalar da miqreni artıra bilir. Bundan əlavə, bu ətlərin istehlak edilməməsi tövsiyə olunur, çünki onların tərkibində natrium nitrat adlı qoruyucu maddə var ki, bu da miqren üçün təhlükəlidir.
4. Süni dadlandırıcılar
Aspartam süni tatlandırıcılardan biridir. Mütəxəssislərin fikrincə, süni dadlandırıcılar miqren xəstələrinin diyetindən xaric etməli olduğu qidalardır.
5.Alkoqol
Miqren xəstələri üzərində aparılan araşdırmaya görə, spirtli içkilərin miqren xəstələrinin təxminən 35 faizində miqreni gücləndirdiyi müəyyən edilib. Bundan əlavə, bəzi tədqiqatlar spirtli içkilərin baş ağrısına səbəb olan susuzluğa səbəb ola biləcəyini müəyyən edib.
6. Həddindən artıq kofein istehlakı
Kofein digər tərəfdən miqreni artırdığı və müalicəvi xüsusiyyətləri ilə uzun illər miqren ilə əlaqələndirilir. Araşdırmaya görə, həddindən artıq kofein istifadəsi miqrenə səbəb olur və kofeinin qəfil rasyondan çıxarılması miqren hücumlarına səbəb olur.
7. Şokolad
Şokoladın miqreni artıran ən çox yayılmış qidalardan biri olduğu müəyyən edilmişdir. Bundan əlavə, bəzi ekspertlər yaxınlaşan şirniyyat istəyinin miqrenin səbəbi deyil, yaxınlaşan miqrenin əlaməti olduğunu düşünülür.
8. Fındıq
Fındığın tərkibində olan fenilalanin adlı maddə miqrenin güclənməsinə səbəb olduğu müəyyən edilmişdir. Ancaq bu qidanın hər kəsə təsir etdiyinə dair heç bir sübut yoxdur. Tərkibində fenilalanin olan bir ovuc qoz-fındıq yedikdən sonra 4-12 saat ərzində başınız ağrıyırsa, bu zaman qoz-fındıqların buna səbəb ola biləcəyini söyləmək olar.
9. Sitrus meyvələri
2016-cı ildə təxminən 26 min qadın üzərində aparılan bir araşdırma, sitrus meyvələrinin miqren üçün potensial artırıcı olduğu müəyyən edilmişdir.
Zərifə Nağıyeva