Şirvanda ana və 5 yaşlı qızı binadan yıxılaraq ölüb.

"Unikal" xəbər verir ki, hadisə şəhərin mərkəzindəki beşmərtəbəli binada baş verib.

Belə ki, səhər saatlarında həmin binanın qarşısından ana və azyaşlı qızının meyiti tapılıb.

İlkin məlumata görə, ana və qızı binadan yıxılaraq vəfat ediblər. Onların 5-ci mərtəbədəki evə qonaq gəldikləri və oradan yıxıldıqları ehtimal olunur.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, meyitlər müayinə üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.