Bakı şəhərinin Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsindən 7-ci mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 6 p.m yanıb.

"Unikal" xəbər verir ki, yüksək temperaturdan şaxtanın plastikdən ibarət qapısı qismən qarsalanıb.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.