"Finala çıxmaq üçün əlimdən gələni etdim".

"Unikal" report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın boksçusu Alfonso Dominqes Paris-2024-də finala vəsiqə qazanması ilə bağlı fikirlərini bildirərkən deyib.

Boksçu qızıl medal qazanmaq üçün əlindən gələni edəcəyini vurğulayıb:

"Çox gərgin döyüş keçdi. Finaldan gözləntilərim qızıl medaldır. Əsasən "ikinci nömrə" ilə çıxış edən boksçuyam. İlk gündən məhz belə işləmişəm. Gözləyirəm ki, rəqib üzərimə gəlsin və zərbələrdən yayınım. Bu gün də belə etdim və qələbə qazandım. Şəxsi kateqoriyam 86 kq çəki dərəcəsidir. İndi döyüşdüyüm kateqoriyada yeniyəm. Paris-2024-də mənim yarışdığım kateqoriya olmadığına görə 92 kq çəki dərəcəsində döyüşürəm. Məsuliyyət var, əlimdən gələni edəcəm ki, finalda qızıl medal qazanım".

Qeyd edək ki, A.Dominqes yarımfinalda ispaniyalı Emmanuel Reyes Pla üzərində qələbə qazanmaqla finala yüksəlib. Həlledici qarşılaşma avqustun 9-da baş tutacaq.