Ukraynalı atlet Yaroslava Maquçix hündürlüyə tullanmada Olimpiya qızılını qazanıb.
"Unikal" xəbər verir ki, avstraliyalı Nikola Olislaqers ikinci yeri tutub. Üçüncü yeri ukraynalı İrina Geraşenko və Avstraliya təmsilçisi Eleanor Patterson bölüşüb.
Maquçix Parisdə iyulun 7-də "Diamond League" mərhələsində hündürlüyə tullanma üzrə dünya rekordu vurmuşdu (2,10 metr yüksəklik).
Bundan əvvəl bu rekord Bolqarıstanlı Stefka Kostadinovaya məxsus idi.