Cari ilin hazırlıq planına əsasən, Quru Qoşunlarının mexanikləşdirilmiş bölmələri ilə döyüş atışlı taktiki təlimlər keçirilir.

Bu barədə "Unikal" Müdafiə Nazirliyindən məlumat verilib.

Ümumqoşun poliqonunda keçirilən təlimlərdə əsas diqqət ekipajların bilik və bacarıqlarının inkişaf etdirilməsinə yönəldilir.

Azərbaycan Ordusunda bölmələrin döyüş hazırlığını və şəxsi heyətin peşəkarlığını daim yüksək səviyyədə saxlamaq məqsədilə keçirilən tədbirlər davam etdirilir.