Avqust ayının 14-dən saat 15 rqdələrində Ağstafa Rayon Polis Şöbəsinə Kür çayının rayonun Saloğlu qəsəbəsindən keçən hissəsində bir nəfərin batması ilə bağlı məlumat daxil olub.

Bu barədə "Unikal"a DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. Qeyd edib ki, pPolis əməkdaşları həmin əraziyə gələrək müvafiq araşdırmalar həyata keçirib. İlkin araşdırmalar nəticəsində batan şəxsin 1968-ci il təvəllüdlü Ağstafa rayon Soyuqbulaq qəsəbə sakini Rasim Şıxıyev olması müəyyən edilib. Hazırda digər qurumların əməkdaşları ilə şəxsin axtarış-xilasetmə tədbirləri davam etdirilir.

XXX

17:52

Ağstafada kürdə batan var.

"Unikal"ın məlumatına görə, hadisə Kür çayının rayonun ərazsindən keçən hissəsində baş verib. Belə ki, rayonun Saloğlu kəndində bir nəfərin Kür çayında batması ilə bağlı FHN-ə məlumat verilib.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara əraziyə cəlb olunub.

Tural Əhmədov