FIFA qadınlardan ibarət milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

"Unikal" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, avqust ayının reytinq cədvəlinə əsasən, Azərbaycan yığması öz mövqeyində qalıb. Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv 1311,98 xalla 75-ci pillədə qərarlaşıb.

FIFA-nın növbəti reytinq cədvəli dekabrın 20-də açıqlanacaq.