"Sabah"ın baş məşqçisi Krunoslav Renduliç Milsi Premyer Liqasının 3-cü turunda "Neftçi"yə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib.
"Unikal" xəbər verir ki, xorvatiyalı mütəxəssis 2:0 hesablı səfər qələbəsini belə şərh edib:
"Məqsədimiz 3 xal götürmək idi. Bir ay arzində 7-ci oyunumuz idi. Bu oyun göstərdi ki, fiziki cəhətdən hazırıq. Bu, bizim mental cəhətdən də güclü olduğumuzu göstərir. Futbolçularımı təbrik edirəm. Qələbəyə layiq idik. Bu barədə heç bir şübhə ola bilməz
Xoşbəxtəm ki, qapımızda qol görmədik. "Neftçi"yə heç bir şans vermədik. Onlar qapımızda qol vəziyyəti yarada bilmədilər. "Neftçi" hücumda pis çıxış etdi. Bu, bizlik deyil, "Neftçi"likdir".