Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstan Respublikasının Almatı vilayətinin Jarkent şəhərində yerləşən "Koktal" təlim poliqonunda "Altın Kıran - 2024" ("Qızıl Qartal - 2024") birgə taktiki-xüsusi təlimi keçirilir.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan MN məlumat yayıb.
Məlumata görə, təlimdə iştirak etmək üçün Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Qazaxıstana səfər edib. "Altın Kıran - 2024" birgə taktiki-xüsusi təlimi avqustun 24-dək davam edəcək.