"Rusiya Cənubi Qafqazdakı vəziyyətin həllində tərəflər üçün vacib olduğu dərəcədə iştirak etməyə hazırdır".
"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi məhdud tərkibdə görüşdə bildirib.
Putin Azərbaycana səfərindən sonra İlham Əliyevlə danışıqların nəticələrini Ermənistanın baş naziri Nikol Paşinyana bildirəcəyini deyib.
"Rusiya Federasiyası Bakı və İrəvan arasında sülh prosesində hər iki tərəfin tələb etdiyi dərəcədə iştirak etməyə hazırdır
Mən bilirəm ki, Azərbaycan Ermənistanla bütün məsələlərin tam həllinə yönəlib. Rusiya sülhün imzalanması və Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası üçün nəsə edə bilsə, şad olar", - Putin vurğulayıb.
Gülayə Mecid