"Son beş ildə Moskva diplomatik korpusunun ağsaqqalı olmuşam".

"Unikal" xəbər verir ki, bunu Moskvada diplomatik fəaliyyətini başa vuran səfir Polad Bülbüloğlu deyib. 

O, Moskvadakı xarici səfirlərə məsləhətlər verib: "Ona görə də mən həmişə bütün yeni gələn həmkarlarıma demişəm ki, siyasi vəziyyətdən asılı olmayaraq, Moskva dünyanın ən mədəni paytaxtlarından biridir. Moskvada mövcud olan həmin teatr tamaşaları, konsertlər, sərgilər yüksək mədəniyyətlə tanış olmaq imkanı verir".

Ağarza Elçinoğlu