Rusiya prezidenti Vladimir Putinin Bakıya səfəri zamanı Rusiya və Azərbaycan altı sənəd imzalayıblar. 

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Qeyd olunub ki, üç saziş və üç memorandum imzalanıb və birgə bəyanat qəbul edilib. 

İmzalanma mərasimi Azərbaycan liderinin Zaqulba iqamətgahında baş tutub.

Hökumətlərarası sazişlər - qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında, karantin və bitkilərin mühafizəsi sahəsində əməkdaşlıq haqqında, səhiyyə, tibb təhsili və elm sahəsində əməkdaşlıq haqqında olub. 

Həmçinin əmək müfəttişliyi məsələləri, iqlim dəyişikliyi məsələləri, o cümlədən Rusiyanın Birbaşa İnvestisiya Fondu ilə Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi arasında anlaşma memorandumları imzalanıb. 

Ağarza Elçinoğlu