Rusiya və Azərbaycan Bakıda birgə universitetin yaradılması üzərində işləyirlər.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdə bildirib.
"Hazırda biz bunu geniş qrupda işləyərkən müzakirə etdik - Bakıda Rusiya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsü müzakirə olunur. Ümid edirəm ki, Azərbaycan prezidenti bu ideyanı dəstəkləyib və bunu kifayət qədər tez həyata keçirəcəyik.
Biz Sankt-Peterburq Dövlət Universitetini belə bir layihəyə cəlb etməyə hazırıq", - Rusiya prezidenti əlavə edib.
Ağarza Elçinoğlu