Bu gün günorta saatlarında paytaxtın Binəqədi rayonu, Əhməd Rəcəbli və Cəfər Xəndan küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumata görə, qəza zamanı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə məxsus 1 ədəd yeni quraşdırılmış işıqfor yararsız vəziyyətə düşüb. Mərkəzin əməkdaşları tərəfindən işıqforun bərpa edilməsi işləri görüləcək.