Avqustun 20-də saat 16 radələrində Göyçay rayonunda avtomobildə üzərində xəsarət olan meyit aşkarlanması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Unikal"a bildirilib ki, araşdırmalarla həmin şəxsin 1987-ci il təvəllüdlü Ramin Malxasov olduğu müəyyən edilib.

Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırmalar aparılır. Əlavə məlumat veriləcək.