Yolu keçən Şirvan sakini, 75 yaşlı Sabir Zeynalabdin oğlu Ələkbərovu 90 XO 571 dövlət nömrə nişanlı "Azsamand" markalı avtomobil vuraraq ağır yaralayıb.

"Unikal" xəbər verir ki, hadisə Şirvan şəhəri İstiqlaliyyət küçəsində qeydə alınıb.

Yaralı komatoz vəziyyətdə ağır kəllə-beyin travması ilə Şirvan xəstəxanasına yerləşdirilib.

Aldığı xəsarətlərdən onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı Şirvan ŞPŞ-də araşdırmalar aparılır.