Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın doğum günüdür.
"Unikal"ın məlumatına görə, Birinci xanım 60 illik yubileyini uşaqlarla birlikdə qeyd edib.
Mehriban Əliyeva sosial şəbəkə hesablarında valideyn himayəsindən məhrum olmuş və xüsusi qayğıya ehtiyacı olan uşaqlarla birgə videosunu paylaşıb.