Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu gəlib.

"Unikal" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Mehriban Arif qızı.

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.

Siz haqlı olaraq həmvətənləriniz arasında və xaricdə yüksək nüfuza maliksiniz.

Rusiyada Sizin ölkələrimiz arasında müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinə, müxtəlif sahələrdə ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığa şəxsi töhfənizi yüksək qiymətləndirirlər.

Bu yaxınlarda Bakıda keçirdiyimiz görüşü məmnunluqla xatırlayıram. Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, rifah və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram. İlham Heydər oğluna və bütün ailə üzvlərinizə səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm".