Gəncədə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Unikal"ın yerli bürosunun məlumatına görə, hadisə şəhərin İsmət Qayıbov  küçəsində  qeydə alınıb. Hərəkətdə olan "VAZ 2107" və "VAZ 21015" markalı minik maşınları toqquşub.

Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov