Bu gün Azərbaycan təmsilçisi "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb.
"Unikal" xəbər verir ki, Ağdam təmsilçisi Zaqreb "Dinamo"su (Xorvatiya) ilə Tofiq Bəhramov adına Respublika Stadionunda qarşılaşıb. Oyunu ingiltərəli tanınmış referi Maykl Oliver idarə edib.
Qarşılaşmada "Dinamo" 2:0 hesabı ilə qalib gəlib. Bu komadalar arasında ilk matçda Zaqreb klubu 3:0 hesablı qələbə qazanmışdı.
Nəticədə "Qarabağ" ümumilikdə 0:5 hesabı ilə uduzaraq Çempionlar Liqasında mübarizəni dayandırıb. Azərbaycan təmsilçisi yoluna Avropa Liqasının liqa mərhələsində davam edəcək. Qurban Qurbanovun komandası ardıcıl 11-ci dəfə avrokubokların əsas mərhələsində iştirak edəcək.
Qeyd edək ki, bu, Ağdam klubunun ÇL-in pley-off mərhələsində 3-cü iştirakı olub. 2017/18 mövsümündə komanda qrup mərhələsinə düşə bilib. "Qarabağ" 2022/23 mövsümündə isə pley-off mərhələsini adlaya bilməyib.