Bu gün Konfrans Liqasında pley-off mərhələsinin cavab oyunlarına start veriləcək.

"Unikal" xəbər verir ki, Liqa mərhələsinə iki vəsiqənin sahibi müəyyənləşəcək.

Türkiyə “Başakşəhər”i evdə “Sent Patriks”i sınağa çəkəcək. “Gent” isə “Partizan”la üz-üzə gələcək.

Qeyd edək ki, pley-off mərhələsi sabah başa çatacaq.

Konfrans Liqası
Pley-off mərhələsi
Cavab oyunları
28 avqust
20:00. “Gent” – “Partizan”
İlk oyun – 1:0
20:00. “Başakşəhər” – “Sent Patriks”
İlk oyun – 0:0